DİN-dən ciddi xəbərdarlıq: Kənd təsərrüfatı texnikalarının yol hərəkəti qaydalarına riayət etməsi vacibdir
Daxili İşlər Nazirliyi traktor və digər kənd təsərrüfatı texnikalarının yol hərəkəti qaydalarını pozmasının ağır qəzalarla nəticələnə biləcəyini xəbərdarlıq edib.
BAKU.WS DİN-ə istinadən xəbər verir ki, saz vəziyyətdə olmayan texnikaların yola çıxması, işıq və siqnallardan istifadə etməmək, yüklərin düzgün bərkitilməməsi və diqqətsiz manevrlər qəza riskini xeyli artırır.
Qanuna görə, yalnız təhlükəsizlik tələblərinə cavab verən və saz vəziyyətdə olan texnikaların yol hərəkətində iştirakına icazə verilir. Qayda pozan sürücülər isə məsuliyyətə cəlb olunacaq.
DİN vurğulayır ki, yol təhlükəsizliyi hər kəsin məsuliyyətidir.
Oxşar xəbərlər
Ət alarkən diqqətli olun - İyrənc mənzərə
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı rayonun...