DİM taksi sürücüləri üçün imtahan keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1 268 namizəd uğur qazanıb.
BAKU.WS xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Qeyd olunub ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1 542 namizəd qeydiyyatdan keçib. Onlardan 1451 namizəd imtahana gəlib.
İmtahanlar elektron qaydada kompüter vasitəsilə bir saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.
Bildirilib ki, nəticələr sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
Oxşar xəbərlər
Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırıl...