DGK sədri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsinə baxış keçirib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, DGK-nın sədri Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsində görülən işlər, mövcud vəziyyətlə tanış olub, Azərbaycan-Türkiyə sərhədində yerləşən Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində idxal və ixrac nəzarət xətlərində prosedurların icrasını, nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərini izləyib. Həmçinin əməliyyatların daha da asanlaşdırılması, beynəlxalq tranzitin sürətləndirilməsi, gömrük işinin səmərəliliyinin artırılmasının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda Sədərək dövlət sərhədindən buraxılış məntəqəsinin yaxınlığında inşa edilən yük nəqliyyat vasitələrinin müvəqqəti dayanacaq məntəqəsindəki tikinti işlərinin gedişi ilə də tanış olan Komitə sədri müvafiq tapşırıq və tövsiyələrini verib.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...