Dəstəfurçay-Qaraqollar çayından sel keçir - FAKTİKİ HAVA

Mayın 31-i saat 16:00-a olan məlumata əsasən Naxçıvan, Göygöl, Daşkəsən, Ağstafa, Gəncə, Qazax, Ceyrançöl, Oğuz, Cəfərxan, Şəki, Balakən, Tovuz, Qusarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından sel keçir.
Saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndinə, saat 14:00 radələrində isə Fərəhli kəndlərinə diametri 10-12 mm, Şəmkir rayonu Yuxarı Seyfəli və Çinarlı kəndlərinə saat 15:47-15:57 radələrində 10-12 mm, saat 16:54-16:56 radələrində Balakən rayonuna xırda dənəli dolu düşüb.
Qərb küləyi arabir Tovuzda 20 m/s, Gədəbəydə 18 m/s-dək güclənib.
Oxşar xəbərlər
Rayonlara güclü yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə olunan faktiki hava haqqında məlumat açıqlayıb. Xidmə...
