Dərman çatışmazlığı ilə bağlı AÇIQLAMA

Dərman çatışmazlığı ilə bağlı AÇIQLAMA
Sosial 82

Dərman vasitəsinin çatışmazlığı ilə bağlı Agentliyə müraciət daxil olmayıb.

BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) bildirilib.

Qeyd edilib ki, TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri tərəfindən Agentliyə təqdim olunan müraciət əsasında cari il ərzində adrenalin dərman preparatının təchizatı təmin edilib.

"Hazırda sözügedən tibb müəssisələri tərəfindən adı çəkilən dərman vasitəsinin çatışmazlığı ilə bağlı Agentliyə heç bir müraciət daxil olmayıb", açıqlamada deyilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər