Deputatdan təklif: "Büdcəyə dəymiş zərər dövlət qurumları üzrə qruplaşdırılsın"

"Hesabata əsasən, 2024-cü ildə audit nəticəsində 574.9 milyon manatlıq pozuntu aşkar edilib və büdcəyə 113.3 milyon manat zərər dəyib. Daha məqsədəuyğun olardı ki, büdcəyə dəymiş zərərlər dövlət qurumları üzrə qruplaşdırılsın və ayrıca cədvəl formasında təqdim edilsin".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, sektorlar üzrə zərərlərin də ayrıca hesablanması məqsədəuyğundur:
"Palata tərəfindən daha şəffaf və ya az şəffaf qurumların siyahısının hazırlanmasının da həyata keçirilməsi tövsiyyə olunandır. Strateji plana uyğun olaraq, 98 əsas performans göstəricisindən (KPİ- Key Performance İndicators) ibarət monitorinq çərçivəsi tətbiq edilib. Əvvəlki illərdə bu göstərici 90 idi, hansı yeni göstəricilər əlavə edilib və ümumiyyətlə, seçim meyarları necədir? Hesabat dövründə 42 audutin böyük əksəriyyəti, yəni 76 faizi uyğunluq auditidir. Cəmi dörd maliyyə auditi keçirilib. Bu da kənar dövlət nəzarətinin əhatə dairəsinə təsirsiz ötüşmür".

Oxşar xəbərlər
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Ə...