Deputat evsiz qalan şəhidin xanımının müdafiəsinə qalxdı: "Ona ev verilməlidir" - FOTO

Deputat evsiz qalan şəhidin xanımının müdafiəsinə qalxdı: Ona ev verilməlidir - FOTO
Sosial 528

“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan şəhid mayor Ruslan Cəfərovun xanımı Nəzakət Əliyevaya verilən ev geri alınıb.

BAKU.WS xəbər verir ki, ev şəhidin birinci evliliyindən olan oğluna verilib.

Qeydiyyata alınmasına baxmayaraq, şəhidin evsiz qalan ikinci həyat yoldaşı Nəzakət Əliyeva isə baxımsız vəziyyətdə olan zirzəmidə yaşayır.

Deputat evsiz qalan şəhidin xanımının müdafiəsinə qalxdı:

Yaranmış problemlə bağlı İTV süjet hazırlayıb və Sosial Xidmətlər Agentliyinə müraciət edib. Agentliyin müdir müavini Yunis İsmayılov şəhid mayor Ruslan Cəfərovun xanımı ilə bağlı yaranan problemə maraqlı həll yolu tapıb. Onun kanala son sözü bu olub ki, iki ailə bir yerdə yaşasın.

Deputat evsiz qalan şəhidin xanımının müdafiəsinə qalxdı:

Mövcud problemlə bağlı millət vəkili Fazil Mustafaya müraciət etdik və şəhid xanımının evsiz qalmasının nə qədər doğru olub-olmaması ilə bağlı sual ünvanladıq. Deputat BAKU.WS-ə bildirdi ki, bu məsələyə insanlıq prinsipi ilə baxmaq lazımdır:

Deputat evsiz qalan şəhidin xanımının müdafiəsinə qalxdı:

"Bu xanım şəhid ailəsidir, təsdiq olunub. Burada hər hansı yalan və yanlış yoxdur. Burada real vəziyyət müzakirə olunmalıdır ki, həmin xanım şəhidin keçmiş həyat yoldaşı ilə bir evdə yaşaya bilər, yoxsa yox. Əgər onlar bir evdə yaşa bilməzsə, deməli bu, problemdir və bunu həll etmək lazımdır.

Deputat evsiz qalan şəhidin xanımının müdafiəsinə qalxdı:

Fikrimcə, bu xanıma ev verilməlidir. Şəhidin ailəsinə bir ev verilib və bu məsələ formal olaraq öz həllini tapıb. Amma formaldan kənar ortada sıxıntı və həll olmayan problem var. Nazirlik bu məsələni bir daha araşdırmalıdır. Kiminsə haqqına girmədən xanıma ev verilməlidir. Çünki bu evləri gözləyən qazi və digər şəhid ailələri var. Onların da haqqıdır ki, mənzil alsınlar.

Deputat evsiz qalan şəhidin xanımının müdafiəsinə qalxdı:

Əgər başqasına ziyan vurmayacaqsa, bu məsələni hansısa şəkildə həll etmək mümkündürsə, problem yoluna qoyulmalıdır. Yaranmış vəziyyəti ayrıca qiymətləndirib, qanunvericiliyə uyğun şəkildə mövcud problemi həll etməyin yollarını tapmaq lazımdır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün doğum günü olan şəhidlər - FOTO

Bu gün doğum günü olan şəhidlər - FOTO

Vətən müharibəsində canlarından keçərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qəhrəman şəhidlərimizdən 14 nəfərin bu gün doğum günüdür. BAKU.WS Vətən mühari...

1588 Sosial 15:47 01 noyabr 2021

Son xəbərlər