Deputat: "Cenifer Lopesin bir mahnısı 1 milyard dəfə izlənilir amma..."

Deputat: Cenifer Lopesin bir mahnısı 1 milyard dəfə izlənilir amma...
Sosial 2359

 

Millət vəkili Aydın Mirzəzadə videoportallarda Azərbaycan mahnısına qarşı biganəlikdən gileylənib.

BAKU.WS-in məlumatına görə, deputat bu barədə öz şəxsi Facebook hesabında yazıb:

"Vaxtaşırı youtube-də Azərbaycanın adı tarixə düşmüş müğənnilərinin ifasını dinləyir, hansısa bir xalq mahnısını ayrı-ayrı ifaçıların ifasında qulaq asmağı xoşlayıram.

Təəssüf edirəm ki, bir qrup xanəndə və müğənnilərimizi çıxmaq şərti ilə bir çox manılarımızın ( o cümlədən xalq manılarımız da ) baxılma rəqəmi bir neçə mini keçmir. Müqayisə üçün Cenifer Lopesin bir mahnısı 1 milyard dəfə izlənilib. 60 milyon nəfərlik bir xalqın mahnılarının çox az sayda izlənməsi heç də müsbət nəticə sayıla bilməz. Mədəniyyətimizi ilk növbədə dəstəkləməklə tanıda bilərik".

Nazim Babayev

BAKU.WS

Deputat:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər