Bəzi yerlərə qar yağır - FAKTİKİ HAVA

Bəzi yerlərə qar yağır - FAKTİKİ HAVA
Sosial 787

Hazırda Şahdağ və Qaxda (Sarıbaş) dekabrın 18-i saat 16:00-a olan məlumata əsasən qar yağır.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi əsir.

Küləyin sürəti arabir Zaqatalada 30 m/s, Şahdağda 22 m/s-yə çatır. Bu da narıncı xəbərdarlığa uyğundur.

Şamaxıda 21 m/s, Kəlbəcərdə 18 m/s, Zəngilanda 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s, Naftalanda 14 m/s-yə çatır. Bu da sarı xəbərdarlığa uyğundur.

***12:55

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında və Qobustanda 20 m/s, Laçında 21 m/s, Goranboyda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Kəlbəcər, Şabranda 17 m/s, Zəngilan, Şəkidə 15 m/s, Oğuzda 14 m/s, Mingəçevirdə 13 m/s-yə çatıb.

Bu, sarı xəbərdarlığa uyğundur.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər