Dəniz sahilində qazılan xəndəklər müzakirələrə səbəb oldu
Sosial şəbəkələrdə yayılan videoda iddia olunur ki, Novxanı çimərliyində bəzi obyekt sahibləri ərazidə xəndəklər qazaraq avtomobillərin girişini məhdudlaşdırır və bununla müştəriləri öz obyektlərinə yönləndirməyə çalışırlar.
Baku TV həmin iddiaların nə dərəcədə doğru olduğunu araşdırmaq üçün əraziyə baş çəkib.
Obyekt sahibi iddiaları təkzib edib:
"Kiminsə uşağa avtomobillə xətər yetirməməsi üçün bu addım atılıb. Maşınlarla buraya girib avtoşluq edirlər. Uşaqlar burada rahat şəkildə oynaya bilsinlər deyə belə edilib. Yəni bu addım sakinlərin təhlükəsizliyi üçündür".
"Vətəndaşlar dincəlirlər, uşaqları var. Maşınlar daxil olur, avtoşluq edir, təkər qaldırır. Biz məcburuq, təlimat verilib ki, maşınların çimərliyə girişi qadağandır. Yalnız xüsusi təyinatlı maşınların - təcili yardım və yanğınsöndürənlərin girişi mümkündür", - obyekt işçisi bildirib.
Oxşar xəbərlər
Sabah Yasamal, Nizami və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
İyunun 25-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. BAKU.WS xəbər verir...