Dəniz Əsədovaya 6 aylıq cəza verildi

Böhtan atmaqda təqsirləndirilən müğənni Dəniz Əsədova ilə bağlı məhkəmə prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, Dəniz Əsədova barəsində 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Qeyd edək ki, Dəniz Əsədova ilə bağlı Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məhkəməyə müraciət olunub.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində axtarış elan edilib. Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədova ilə bağlı xüsusi ittiham qaydasında daha 3 şikayət var.
Oxşar xəbərlər
Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? - AÇIQLAMA
Qurban kəsməyib, həmin heyvanın dəyərində məbləği yoxsullara, imkansızlara pul, ərzaq şəklində vermək olmaz. BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında...
