“Delta” ştammı suda uzun müddət qalır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın "Vektor" dövlət virusologiya və biotexnologiya araşdırma mərkəzinin mütəxəssisləri koronavirusun "Delta" ştammının suda sağqalma müddətini araşdırıblar.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, digər ştamlar kimi "Delta" suda 72 saata qədər yaşaya bilir.
Lakin o da vurğulanıb ki, virusun iki gündən çox suda yaşaya bilməsi çayda və ya dənizdə çimən insanın yoluxmasına səbəb ola biləcəyi anlamına gəlmir. "Vektor"a görə bununla bağlı hələlik heç bir dəlil yoxdur.
Xatırladaq ki, keçən il mərkəzin mütəxəssisləri içməli və dəniz suyunda "SARS-CoV-2" virusunun canlılığını öyrənmişdilər.
Daha sonra 1, 3, 24, 48 və 72 saat ərzində artı 4 dərəcə temperaturda saxlanılan içməli su nümunələrində koronavirusun ömrü ilə bağlı nəticələr əldə edilmişdi.
Oxşar xəbərlər
Koronavirusun ən təhlükəli ştammı açıqlanıb
Koronavirusun Delta variantı (Hindistan ştammı) Böyük Britaniyada son infeksiya dalğasına səbəb olan Alfa variantından 40 faiz daha çox yoluxucudur. Eyni zamand...