Koronavirusun ən təhlükəli ştammı açıqlanıb
Koronavirusun Delta variantı (Hindistan ştammı) Böyük Britaniyada son infeksiya dalğasına səbəb olan Alfa variantından 40 faiz daha çox yoluxucudur.
Eyni zamanda, iki doza peyvənd almış insanlar SARS-CoV-2-nin istənilən təhlükəli variantından eyni dərəcədə qorunmalıdır.
BAKU.WS “milli.az”a istinadən xəbər verir ki, bu barədə "MedicalXpress"də qeyd olunur.
Böyük Britaniya Səhiyyə Nazirliyindən bildirilib ki, Hindistan ştammı olaraq bilinən SARS-CoV-2-nin Delta variantı hazırda Britaniyada üstünlük təşkil edir.
Mütəxəssislər müəyyənləşdiriblər ki, ikiqat peyvəndləmə koronavirusun həm Alfa, həm də Delta variantına qarşı eyni qoruma təmin edir.
Tək bir doza Hindistan ştammına qarşı o qədər təsirli deyil. Britaniyanın Səhiyyə naziri Metyu Henkun sözlərinə görə, indiyə qədər xəstəxanalara müraciətlərin sayı azalıb və hər iki dozada peyvənd olunduqdan sonra COVID-19 səbəbiylə çox az insan xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
İndi də ikiqat mutasiyalı koronavirus tapıldı
ABŞ-ın San-Fransisko körfəzi bölgəsində ilk dəfə olaraq koronavirusun ikiqat mutasiyaya uğrayan Hindistan variantı - "ikiqat mutant" adlandırılan növ - aşkar ed...