İDEA daha bir neçə həyəti abadlaşdırır - VİDEO

İDEA ictimai birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "bizim həyət" layihəsi çərçivəsində daha bir yenilənən həyət sakinlərin istifadəsinə veriləcək. Sözügedən layihə Nərimanov rayonu ərazisində yerləşir. Burada bütün işlər tamamlanmaq üzrədir.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, abadlaşdırma işləri yekunlaşan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb.
Həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri təmir olunub, qaz və su təchizat sistemləri yenidən qurulub, blok girişləri bərpa olunub, zirzəmilərin məişət tullantılarından təmizlənməsi işləri həyata keçirilib.
“Əvvəl bu həyət çox bərbad vəziyyətdə idi. Baxımsızlıq baş alıb gedirdi. Əvvəlki ilə indikinin arasında yerlə göy arasında fərq göz qabağındadır“, - deyə sakinlərdən biri bildirib.
Əlavə olaraq gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün şahmat meydançası, velosiped yolu, uşaq meydançası salınıb. Buna ən çox sevinən isə uşaqlardır: “Bura çox qəşəngdi, maraqlıdı. Düzdü, biz bura qonaq gəlmişik. Amma çox maraqlıdı".
Qalereya
Oxşar xəbərlər
Bakı sakinlərinin çoxdan gözlədiyi XOŞ XƏBƏR - Zooparkın açılış vaxtı bilindi
Paytaxtda turistlər və sakinlərin ən çox üz tutduğu yerlərdən biri olan Bakı Zooparkındakı tikinti işləri yay aylarının sonunda istifadəyə veriləcək. Bunu BAKU....
