Dayanacaqda 10 nəfərdən artıq toplaşmaq olar? - VİDEO

Dayanacaqda 10 nəfərdən artıq toplaşmaq olar? - VİDEO
Video
Sosial 255

Bakıda ictimai nəqliyyatda vətəndaşların üzləşdiyi problem hər gün yaşanır. Vətəndaşlar gündəlik olaraq istifadə etdikləri avtobuslara minməkdə, minərkən isə onun içində hərəkət etməkdə müəyyən çətinliklərlə üzləşirlər.

Bunu BAKU.WS-in "qaynar xətt"inə göndərilən videodan da görmək mümkündür.

Belə ki, Bakının "İçərişəhər" metrosunun yaxınlığındakı dayanacaqların birində çəkilən görüntülərdən məlum olur ki, dayanacaqda böyük izdiham yaşanır. Vətəndaşlar dayanacaqda avtobusları gözləyərkən böyük növbə yaranıb.

Dayanacağa gələn avtobusların içində xeyli sərnişin olduğu üçün dayanacaqdakılar avtobusa minməkdə çətinlik çəkirlər. Bundan əlavə avtobusa minməyi bacaran vətəndaşlar da orada acınacaqlı vəziyyətdə hərəkət etməyə məcbur qalırlar.

Qeyd edək ki, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında öz əksini tapıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər