Daxili turizmi hansı yollarla inkişaf etdirmək olar? - AÇIQLAMA

Daxili turizmi hansı yollarla inkişaf etdirmək olar? - AÇIQLAMA
Sosial 101

“Hazırda pandemiya dövrü olduğundan xarici turizmlə bağlı ürəkaçan nəsə demək mümkün deyil. Epidemioloji vəziyyət səbəbilə səyahətlərə tətbiq edilən qadağalar hələ də davam edir. Lakin daxili turizm üçün müəyyən şanslar var. Bu da təbii ki, sevindirici haldır. Biz beynəlxalq turizmin bərpa olunmasını gözləməməliyik. Daxili turizm üzərində işləyib, onu canlandırmalıyıq”.

Bu sözləri BAKU.WS-ə açıqlamasında Otellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, yay mövsümündə daxili turizm yenidən canlanacaq və bu sahə ilə məşğul olan müəssisələr gəlir əldə edəcək:

"Bir müddət əvvəl Qobustanda palçıq vulkanları ərazisində yeni kompleksin təməli qoyulub. Bu, xarici və daxili turizm üçün böyük töhfələr verəcək. Bununla yanaşı, yaşıl turizmi inkişaf etdirmək lazımdır. Pandemiya dövründə insan sağlamlığının hər şeydən vacibliyi bir daha sübuta yetirildi. Açıq havada olan fəaliyyətlər, idman turizmi, aktiv, ekstrim turizmi də bu baxımdan faydalı hesab etmək olar. Belə turlar sağlamlıqla yanaşı, həm də müəyyən biliklərin əldə edilməsinə, təcrübələrə yiyələnməyə səbəb ola bilər. Kənd turizminə də diqqət çəkmək olar. Yəni, aqrar fəaliyyətlərdə də turizm imkanlarını genişləndirmək olar.

Ölkə ərazisində 2003-cü ildən indiyə qədər 10 Milli Park yaradılıb və onların ərazisi torpaqlarımızın 4.9%-ni təşkil edir. Bunlar hamısı xüsusi olaraq mühafizə edilən ərazilərdir. Kənd həyatını istisna etməklə digər fəaliyyətlər elə milli parkların ərazisində baş verməlidir. Amma təəssüf ki, infrastruktur çox zəifdir".

Ekspert yaradılan Azərbaycan Ekoturizm Assosiasiyasının da yerli turizmin inkişafında faydalı olacağını bildirib: "2019-cu ilin dekabrında Azərbaycan Ekoturizm Assosiasiyası əbəs yerə yaradılmayıb. Bu fəaliyyət növlərinə diqqət yetirməyin zamanı çatıb. Onların turistlər üçün elektron xəritələri, düşərgələri belə yoxdur. Cığırlar, marşrutlar çox zəifdir. Bütün bunlar yoxlanılmalıdır, baxılmalıdır. Çalışırıq ki, bu sahənin perspektivini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çatdıra və əməkdaşlıq qura bilək.

Hazırda yay mövsümü hələ də başalamasa da həftəsonları bölgələrdəki otellərdə doluluq müşahidə edilir. Son zamanlar isə böyük şəhərlərdəki əhalinin istirahət üçün rayonlara və bölgələrə üz tutması, insanların indidən o yerlərə axın etməsi yay mövsümünün daxili turizm üçün ürəkaçan olacağını ehtiva edir".

Zöhrə Pənahi

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər