Daxili İşlər Nazirliyi UFC-nin Bakıdakı turniri ilə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi UFC-nin Bakıdakı turniri ilə bağlı MƏLUMAT YAYDI
Video
Sosial 85

İyunun 20-21 tarixlərində Bakıda keçirilən "Qaydasız döyüş" (UFC) turniri ilə əlaqədar olaraq təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur. Tədbirin keçirildiyi arenaya gələn azarkeşlər və iştirakçılar yoxlanılmaqla qadağan olunan əşyaların keçirilməsinə icazə verilmir.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qadağan olunmuş əşyaların siyahısı barədə tədbirin keçiriləcəyi məkanda məlumat lövhələri quraşdırılıb:

"Turnir zamanı şüşə və metal qablar, kəsici-deşici alətlər, dəyənəklər, fişənglər və partlayıcı maddələr, səsgücləndirici qurğular arenaya buraxılmır.

Turnirin təhlükəsiz və uğurlu keçirilməsi üçün zəruri tədbirlər diqqətdə saxlanılır".

Son xəbərlər