Daxili işlər nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər Parkında olub - FOTO

Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının Daxili işlər nazirliyinin rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin əməkdaşları 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri qoyublar.

Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - FOTO - YENİLƏNİB
Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkınd...
