Daha bir təhlükəli oyun - Hədəf yeniyetmələrdir - VİDEO
30
apr
2019
21:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Məktəblilər üçün təhlükəli oyunlardan olan "mavi balina"dan sonra yeni bir oyun geniş yayılıb. "48 hour challenge" adlanan bu oyun "mavi balina" kimi təhlükəlidir. Oyunun əsas tapşırığı 48 saat gizlənməkdir. Bəzi ölkələrdə uşaqların psixologiyasına mənfi təsir etdiyinə görə oyuna qadağalar qoyulub.BAKU.WS-in məlumatına görə, əsas hədəfi məktəblilər və yeniyetmələr olan bu oyun bir çox ölkədə xeyli sayda uşağın itməsi ilə gündəmə gəlib. Hazırda isə Azərbaycanda bu oyun geniş yayılmağa başlayıb. Odur ki, psixoloqlar həyəcan təbili çalır.Psixoloq Narınc Rüstəmova Xəzər Tv-yə müsahibəsində deyib ki, xüsusən yetkinlik dövründə olan uşaqlar kənar təsirlərə daha tez düşür. Bu kimi oyunların səbəbindən intiharların da sayı az olmur.Bəzi valideynlər isə məktəblilərin smartfonlardan istifadəsinin yanlış olduğu qənaətindədirlər.Qeyd edək ki, oyun bir çox ölkələrdə qadağan edilib. 18 yaşından aşağı şəxslər üçün əlçatanlığı məhdudlaşdırılıb.
Oxşar xəbərlər
SOS! Təhlükə Azərbaycana da gəlib çıxdı - Uşaqların yoxa çıxmasının səbəbi bilindi
Son vaxtlar Azərbaycanda yeniyetmələrin itkin düşməsi və bir neçə gündən sonra tapılması faktlarına tez-tez rast gəlirik. Bu hal bir müddət əvvəl Qərb mətbuatın...