Daha bir şəhid ailəsinə medal təqdim olundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Vüqar Seyidov tərəfindən şəhid Kapitan Abdullayev Rəşad Arif oğlunun ailəsi ilə görüş keçirilib və Vətən Müharibəsi Qəhrəmanı adının vəsiqəsi və medalı ailəsinə təqdim olunub.
BAKU.WS "Unikal.org"a istinadən xəbər verir ki, görüşdə şəhid ailəsinin, övladlarının arzu və istəkləri dinlənilib. Vətən Müharibəsi Qəhrəmanının ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.
Sonda şəhidin ailəsi və övladları ilə birlikdə xatirə şəkli çəkilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...