Daha bir məktəb əyani tədrisə qayıtdı
Yeniliklərdən dərhal xəbərdar olun
Daha bir məktəb əyani tədrisə qayıdıb.
Bu barədə BAKU.WS-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, 188 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib: "Məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Oxşar xəbərlər
Bakıda koronavirusa ondan çox müəllim yoluxdu: İki məktəb bağlandı - RƏSMİ
Paytaxtdakı 102 nömrəli tam orta məktəb və 246 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsil...