Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının koronavirusa yoluxan həkimi, 1955-ci il təvəllüdlü İbadət Ağayev vəfat edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İ.Ağayev bu gün müalicə olunduğu "Yeni klinika"da dünyasını dəyişib.
Qeyd edək ki, koronavirusla mübarizədə aktiv iştirak edən İ.Ağayevin ötən ayın sonunda verdiyi test analizinin nəticəsi pozitiv çıxıb. O, bir müddət Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. Daha sonra vəziyyəti ağırlaşdığından iyunun 30-da Bakı şəhərində yerləşən "Yeni klinika"ya köçürülüb.
İ.Ağayev 40 il təcili yardım sahəsində çalışıb.
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...