Daha bir binanın sakinləri ilə tikinti şirkəti arasında PROBLEM
Binada həm yaşayış var... Həm də söküntü gedir...
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, Nizami rayonunun, Kamil Balakişiyev küçəsindəki binanın sakinləri ilə tikinti şirkəti arasında yaranan problem həllini tapmır.
Yaşayış yerlərini dəyişmək istəməyən sakinlər, öz mənzillərinin yenisi ilə əvəz edilməsini, eləcə də təmir olunmasını tələb edirlər.
Sözügedən şirkət, Orbita MTK tərəfindən isə sakinləri təhlükəsiz şəraitdə köçürməyə çalışdıqlarını, eləcə də ərazidə mənzillərin sayının şişirdildiyini dedilər. Bildirdilər ki, burada aparılan söküntü işləri evlərini satıb gedən sakinlərin razılığı ilə aparılır.
O, da vurğulandı ki, sakinlərə fərdi evlər Zabrat və Binə qəsəbəsində təklif olunur. Bununla razılaşmayan sakinlər məhkəməyə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Lifti və qaz xətti olmayan bina: Sumqayıtda vətəndaşlar təhlükə ilə üz-üzə
Sumqayıt şəhərinin 8-ci mikrorayon, Koroğlu küçəsində mənzil alan şəxslər uzun müddətdir ki, ciddi problemlə üzləşiblər. Buradakı binalardan birində mənzil alan...