Daha bir Avropa ölkəsi turistlərlə bağlı qadağaları ləğv etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xorvatiya hökuməti COVID-19 pandemiyası ilə əlaqədar daha əvvəl ölkəyə girişə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Xorvatiya Daxili İşlər Nazirliyinin bəyanatında qeyd edilir.
Artıq heç bir test tələbi olmadan, pandemiyadan əvvəlki dövrdə olduğu kimi ölkəyə girişə icazə verilir.
Qeyd edək ki, aprelin ortalarından Xorvatiyada epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar koronavirusa görə tətbiq edilən qadağaların çoxu aradan qaldırılıb.
Qeyd edək ki, İsveç, İsveçrə, Sloveniya və İtaliya kimi Avropa ölkələrində də turistlərin ölkəyə girişi ilə bağlı məhdudiyyətlər tam və ya qismən aradan qaldırılıb.
Oxşar xəbərlər
COVID sertifikatının hansı qaydada veriləcəyi müəyyənləşdi
Nazirlər Kabineti “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yol...