Dağıstanda yayılmış zəhər Azərbaycandakı su mənbələrinə keçə bilər? – RƏSMİ AÇIQLAMA

Ötən gün Dağıstanda baş verən kütləvi zəhərlənmə hadisəsi içməli su ilə bağlı narahatlıqları artırıb. Qonşu regionla ortaq su resursu olan Samurçayın Azərbaycan üçün strateji əhəmiyyət daşıması bu məsələni daha da aktuallaşdırır. Xüsusilə kənd təsərrüfatı və sərhədyanı ərazilərin su təminatı baxımından bu çayın önəmi böyükdür.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, Dağıstanda baş verən zəhərlənmə hadisəsi həmin ölkənin daxili su təchizatı sistemi ilə əlaqəlidir:
"Kanalizasiya sularının içməli su şəbəkəsinə qarışması nəticəsində insident qeydə alınıb. Sözügedən hadisə toksikoloji yox, məhz bakterioloji yoluxma nəticəsində baş verib və lokal xarakter daşıyır. Bu halın nə xam suya, nə də Samurçay su mənbəyinə heç bir aidiyyəti yoxdur."
Qurum əlavə edib ki, Azərbaycanda su təhlükəsizliyi ilə bağlı nəzarət tədbirləri gücləndirilib. Gündəlik olaraq Mərkəzi Laboratoriyada həm Bakı şəhərinin mərkəzi su anbarlarından, həm də məhəllədaxili anbarlardan götürülən nümunələr üzərində analizlər aparılır:
"Həm bakterioloji, həm də fiziki-kimyəvi göstəricilər üzrə mütəmadi təhlillər həyata keçirilir."
Beləliklə, Dağıstandakı sudan zəhərlənmə hadisəsinin Azərbaycana, xüsusilə Samurçay vasitəsilə ötürülən suya təsir etmədiyi və vəziyyətin tam nəzarət altında olduğu bildirilir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Sakinlər ikitəkərli nəqliyyat vasitələri barədə problemlərdən danışdılar
Paytaxt yollarında motosiklet, moped və skuterlərin nizamsız hərəkəti, törədilən qəzalar həm sürücülərin, həm də piyadaların narazılığına səbəb olur. Baku TV pa...