Dağıdılan şəhərin ayaqda qalan simvolu yenidən dirçəlir
Yeniliklərdən dərhal xəbərdar olun
Hər qarışında Qarabağ xanlarının izi olan Ağdam İmarət Kompleksi artıq Azərbaycanın bərpa olunmuş tarixi-mədəni irsinin mühüm tərkib hissəsidir. İşğal dövründə dağıntılara məruz qalan Ağdamda ayaqda qalan və bu gün yenidən dirçələn əsas simvollardan biri məhz İmarət Kompleksidir.
Baku TV-nin məlumatına görə, bərpa işləri tarixi memarlıq abidəsinin ilkin görkəminin maksimum dərəcədə qorunması prinsipi əsasında həyata keçirilib. Məqsəd yalnız tarixi tikilini deyil, eyni zamanda Ağdamın mədəni kimliyini yenidən dirçəltməkdir.
İmarət Kompleksinin şöbə müdiri Aynurə Cəfərova bildirib ki, Ağdam işğaldan azad edildikdən sonra ilk növbədə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilən İmarət Kompleksində restavrasiya işlərinə başlanılıb:
"Kompleksdə yerli və xarici mütəxəssislərin iştirakı ilə həm restavrasiya, həm də imarətin qəbiristanlıq ərazisində arxeoloji tədqiqatlar aparılıb".
Həmçinin qeyd edilib ki, Ağdam İmarət Kompleksi 2024-cü il sentyabrın 19-dan etibarən fəaliyyət göstərir:
"Hazırda kompleks yerli sakinlər və xarici qonaqlar tərəfindən mütəmadi ziyarət olunur. Ziyarətçilər buranın tarixi, eləcə də imarətin qəbiristanlığında dəfn edilmiş xan ailəsinə mənsub şəxslər barədə maraqlanır, suallar ünvanlayırlar".
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə kons...