İctimai yerlərdə bir nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb

İctimai yerlərdə bir nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb
Sosial 46

Martın 4-də polis əməkdaşları tərəfindən respublika ərazisində bir nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, polis əməkdaşları COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadıqları evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıblar.

Koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar.

Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər