İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edilib, maskası olub taxmayanlara isə xəbərdarlıq edilərək marifləndirici söhbətlər aparılıb.
BAKU.WS-in məlumatına görə, Xətai rayon polis idarəsinin əməkdaşları rayon ərazisində reydlər keçirib. Avtobuslarda aparılan yoxlamalar zamanı maskasız avtobusa daxil olan şəxslər avtobusdan düşürülüb və onlar barəsində protokol yazılıb.
Qeyd edək ki, ictimai nəqliyyatda maska taxmaq məcburidir. Bu qaydanı ilk dəfə pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Həmin xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
Qalereya
Oxşar xəbərlər
Maska taxmayanlar kimə arxayındır?
5 aydan çoxdur ki, dünya koronaviorus adlı gözəgörünməz bəla ilə mübarizə aparır. BAKU.WS xəbər verir ki, Azərbaycandan fevralın sonunda etibarən yayılmağa başl...