Çoxmənzilli binalarda fərdi istilik sistemlərinə icazə halları müəyyənləşib
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar"ı təsdiq edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına bu hallarda icazə veriləcək: çoxmənzilli yaşayış binası azmərtəbəli (5 mərtəbəyə qədər) olduqda, çoxmənzilli yaşayış binasının yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda, çoxmənzilli yaşayış binası üzrə mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda.
Oxşar xəbərlər
AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb
M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 191,3-cü km-də, Qusar rayonunun Samur qəsəbəsində paytaxt istiqamətində növbəti elektron...