COVID-19 vaksini körpələrə necə təsir edir? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
"COVID-19 vaksinləri yeni olduğundan hamiləlik zamanı COVID-19 peyvəndi alan qadınların körpələrinə uzunmüddətli təsirləri barədə hələ ki dəqiq bir məlumat yoxdur, lakin COVID-19 peyvəndləri "canlı" peyvənd olmadığı üçün insanlarda infeksiyaya səbəb ola bilməz".
BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov deyib:
"Bundan başqa, digər canlı olmayan peyvəndlər hamiləlik zamanı qadınlara uzun illər heç bir təhlükəsizlik problemi olmadan vurulub. mRNT vaksinləri də (Pfizer və Moderna) inyeksiyadan sonra sürətlə parçalanır. 40 000-dən çox hamilə qadını əhatə edən altı ayrı araşdırma göstərdi ki, peyvənd hamilə qadınlarda vaxtından əvvəl doğuş, ölü doğuş və körpələrdə anadangəlmə anomaliya riskini artırmır".
Oxşar xəbərlər
Peyvənd seçimi ilə bağlı vətəndaşlara MÜRACİƏT
Azərbaycanda istənilən vətəndaş ölkədə istifadə edilən 4 peyvənddən birini könüllü seçə bilər. BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və...