COVID-19-un yeni ştammı ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"COVID-19-un İngiltərədə meydana gələn yeni ştammı artıq sürətlə yayılır. Əslində bu da virusun özüdür. Yəni bu, virusun genetikasında olan dəyişiklikdir. Bu da virusun bioloji xüsusiyyətlərinə təsir edə bilər".
BAKU.WS xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev “Report”a müsahibəsində deyib.
"Ola bilər ki, yeni ştamm bədəndə immuniteti zəiflətsin, yaxud yoluxmanı sürətləndirsin, eyni zamanda hər hansı dərman preparatına qarşı həssaslıq itə bilər. Əksi də olub, müqaviməti daha da artıra bilər.
Bu gün üçün ortada bir şey var ki, ştamm var və sürətlə yayılır. Ancaq xəstəliyin klinik şəkildə ağır olub-olmaması barədə məlumatlar yetərsizdir. Buna zaman lazımdır", - professor əlavə edib.
Oxşar xəbərlər
Açıq havada maska taxmaq tələbi ləğv edilə bilərmi? - RƏSMİ CAVAB
Qarşıdan yay fəsli gəlir. İsti havada maskanın istifadəsi isə qismən çətinləşir. Açıq havada maska taxmamaq qadağası ləğv edilə bilərmi? BAKU.WS xəbər verir ki,...