COVID-19-un mənfi təsirlərinə görə kompensasiya tələb edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyada, 10 mindən çox insan COVID-19-un yan təsirinə görə kompensasiya tələb edir.
BAKU.WS "euronews"a istinadən xəbər verir ki, əhalinin böyük əksəriyyəti bu xəstəliyin mənfi təsirlərinin yaratdığı maddi ziyanı aradan qaldırmaq üçün ərizələrlə "Avstraliya xidmətləri" federal hökumətinin səhiyyə proqramına müraciət ediblər.
Ekspertlərin fikrincə, bu, hökumətin on milyonlarla dollar ödəməsinə gətirib çıxara bilər. Çünki insanlar 5 min dollardan başlayaraq kompensasiya tələb edə bilərlər.
Ölkədə virus əleyhinə tətbiq olunan 37,8 milyon doza vaksinin mənfi yan təsirlərinə qarşı 79 min insan şikayətçi olub.
Avstraliya KİV-nin məlumatına görə, insanlar ən çox qol və baş ağrısı, ürəkbulanma, yüksək hərarət kimi ağır simptomlardan şikayətləniblər. Şikayətlərin əksəriyyəti 65 yaşdan yuxarı insanlar edib.
Oxşar xəbərlər
COVID-19 və qrip vaksini eyni vaxtda vurulacaq?
Azərbaycanda son günlər koronavirusa yoluxma sayında azalmalar olsa da, ölüm sayı yenə də çoxluq təşkil edir. Yazını hazırladığımız zaman açıqlanan statistik mə...