COVID-19 adi xəstəliyə çevrilə bilər

COVID-19 adi xəstəliyə çevrilə bilər
Sosial 190

Böyük Britaniya hökuməti hesab edir ki, bu ilin sonuna qədər COVID-19 qrip kimi vərdiş halına gələcək və müalicəsi nisbətən asan olacaq.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Naziri Matt Hankok “The Daily Telegraph” qəzetinə müsahibəsində deyib.

“Ümid edirik ki, COVID-19 ilin sonuna qədər müalicə edilə bilən bir xəstəliyə çevriləcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu, yaxşılaşdırılmış müalicə protokolları, COVID-19-a qarşı effektivlik göstərən yeni dərmanların ortaya çıxması və kütləvi peyvəndlər sayəsində reallaşacaq.

Britaniyalı nazir əlavə edib ki, nəticədə, hər birimizin həyatını təsir edən pandemiyalardan olan COVID-19 qrip kimi yaşamağımız lazım olan növbəti xəstəlik olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər