Çörək bahalaşacaq? - Agentlik RƏSMƏN açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə və internet informasiya resurslarında Azərbaycanda ərzaqlıq buğda və çörəyin bahalaşacağı, qıtlıq yaranacağı ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata əsasən, agentlik un və un məmulatları bazarında mütəmadi monitorinqlər aparır, əhalinin istehlak səbətində yer alan strateji ərzaq məhsullarının qiymət dinamikası daim diqqət mərkəzində saxlayır.
"Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş informasiyalara qarşı diqqətli olmaları tövsiyə edilir", - deyə agentlikdən bildirilib.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...