COP29-a hazırlıq məqsədi ilə Bakının bəzi yollarında hərəkət istiqaməti dəyişdiriləcək
Noyabrın 3-də səhər saat 10 radələrindən 14 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Abbasqulu Ağa Bakıxanov, Tbilisi, İnşaatçılar, Nəriman Nərimanov, Mehdi Hüseyn, Teymur Elçin, Niyazi, Neftçilər, Yusif Səfərov, Xətai, Heydər Əliyev, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Zığ şosesi (qismən), İstiqlaliyyət küçəsində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə, eləcə də Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə və Mikayıl Əliyev küçəsinə keçməklə hərəkət edə bilərlər.
Şəhərin mərkəzinə doğru isə sürücülər Mətbuat prospekti, Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər.
Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsindən, Albalılıq yolundan Mərdəkan istiqamətinə keçməklə Qala dairəsindən Zığ şosesi istiqamətində hərəkət edə bilərlər.
Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları, mümkün qədər ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.
Oxşar xəbərlər
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun ƏHƏMİYYƏTİ
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır. BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət təyyarələrdəki narıncı rəngli "qara qutu"la...