Çökən körpünün təmiri niyə ləngiyir?
27
iyn
2026
17:52
Bakı-Qazax magistral yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən və mayın 15-də çökən ikizolaqlı körpünün təmiri 43 gündür ki, başa çatmayıb. Bu səbəbdən hazırda sürücülər kələ-kötür yan yoldan istifadə etmək məcburiyyətindədirlər.
Bəs görəsən, bu körpü nə zaman təmir olunacaq?
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Baku TV-yə bildirib ki, körpünün dayaqları artıq quraşdırılıb:
"Yaxın müddətdə körpünün tam olaraq inşa edilib istifadəyə verilməsi tərəfimizdən planlaşdırılır".
Oxşar xəbərlər
Əhali pərişan halda: "21 ildir marşrut görməmişəm"
Sumqayıt şəhəri, 76-cı məhəllədə yaşayan sakinlər ərazidə marşrut xəttinin və istirahət parkının olmamasından şikayətlənirlər. Vətəndaşlar bildirirlər ki, hər g...