Coğrafiya İnstitutundan QORXUNC PROQNOZ - Xəzərdə buxarlanma artacaq, su qıtlığı yaranacaq
12
noy
2019
14:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“İqlimin istiləşməsi nəticəsində məhsuldarlıq azalacaq, torpaqda kimyəvi və biokimyəvi proseslərin sürətlənməsinə görə bitki örtüyü azalacaq”.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfransda Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.Akademik bildirib ki, iqlimin istiləşməsi ilə əlaqədar şoranlaşmış ərazilərin sahəsi və səhralaşma prosesi artacaq, su qıtlığı yaranacaq, yağıntılar azaldığından çayların suyu azalacaq:“Xəzərdə buxarlanma artacaq, Kür-Araz ovalığında quraqlığın 50-60 gündən çox olması ehtimalı yaranacaq”.
Alim qeyd edib ki, Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, elmi yeniliklərin innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialından daha səmərəli istifadə edilməsi, gələcəkdə yerinə yetiriləcək tədbirlərin təsərrüfatın və əhalinin səmərəli ərazi təşkilində rolunun öyrənilməsi alimlər qarşısında duran əsas vəzifələrdəndir.Akademik regionların torpaq-bitki örtüyünün ekoloji tarazlığının qorunmasının, təbii-landşaft potensialının mühafizəsi, biomüxtəlifliyin saxlanılması və s. kimi amillərin qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.
Oxşar xəbərlər
Ramiz Mehdiyev AMEA Prezidenti kimi ilk görüşünü keçirdi
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə görüşüb.BAKU.WS AMEA-ya istinadə...