Çindən Azərbaycana idxal edilən 50 min preparatda uyğunsuzluq AŞKARLANDI

19
iyn
2025
10:46
Nəzarət tədbirləri çərçivəsində Çindən idxal edilən "Hebei Huabang Biotechnology Co.Ltd"nin istehsalı olan "Yeni Tetravit" əmtəə nişanlı baytarlıq preparatından nümunələr götürülərək müayinələrə cəlb edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, sınaq nəticəsində məhsul partiyalarında Vitamin A, C, E göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq 26 min 900 ədəd 100 ml-lik (suspenziya) və 20 min 400 ədəd 10 ml-lik (ampul) baytarlıq preparatı məhv edilib.

Oxşar xəbərlər
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir?
Ali təhsil ocaqlarında təhsil alan birinci kurs tələbələri deyirlər ki, onların şəxsi razılığı olmadan hər ay təqaüdlərindən 3 manat çıxılır, bunun səbəbi özlər...