Çimərliklərdə yenə reyd keçirildi, nöqsanlar aşkarlandı - VİDEO/FOTO

Çimərliklərdə yenə reyd keçirildi, nöqsanlar aşkarlandı - VİDEO/FOTO
Foto Video
Sosial 1487
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamentinin əməkdaşları Türkan, Hövsan, Zirə və Mərdəkan çimərliklərində reyd keçirib.BAKU.WS ''Report''a istinadən xəbər verir ki, reyd zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb və sahibkarlara çimərlik ərazilərinə girişin pulsuz olması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, əhalidən yalnız xidmətə görə pul almaq olar.Reyd müddətində bəzi sahibkarlar ödənişin yalnız stol-stul və çətirlərdən istifadə üçün alındığını bildirib: “Biz burada müəyyən şərait yaratmışıq ki, sakinlər rahat istirahət etsin. Dəniz suyundan istifadə üçün pul almaqdan söhbət belə gedə bilməz. Hər gün müəyyən sayda müştərilər var ki, yalnız çimmək üçün gəlir. Biz onlardan pul almırıq. Kimdənsə, sadəcə, dənizdən istifadə üçün pul tələb edilərsə, müraciət edib şikayət etsinlər”.BŞİH-nin Ticarət və xidmət departamentinin baş məsləhətçisi Bayram Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb: ''Məlum oldu ki, bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır. BŞİH-nin 183 saylı sərəncamına əsasən, çimərliklərdən istifadə üçün hər hansı ödəniş tələb etmək qadağandır. Həmçinin ictimai xidmət səviyyəsi də yüksək keyfiyyətdə olmalıdır. Vətəndaşlar belə hallarla qarşılaşarsa, müvafiq orqanlara müraciət etməlidir. Aşkar edilən nöqsanlar aradan qaldırılmazsa, inzibati qaydada tədbir görülür. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir. Artıq 10 gündür monitorinqlər aparılır. Türkan və Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə təkrar baxış keçiriləcək. Aşkar edilən bir sıra nöqsanlar aradan qaldırılıb. Mütəmadi şəkildə monitorinqlər davam etdiriləcək”.

Oxşar xəbərlər

Bu çimərliklərin suyu çirklidir - Siyahı

Bu çimərliklərin suyu çirklidir - Siyahı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 24-27 iyun tarixlərində çimərlik ərazilərin...

1258 Sosial 12:44 28 iyun 2019

Son xəbərlər