Çimərlikdə qanunsuz pul yığanlara qarşı mübarizə başladı - şlaqbaumlar sökülür
27
iyn
2019
15:29
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb.BAKU.WS “Report”a istinadla xəbər verir ki, Departamentin əməkdaşları əvvəlcə Şıx çimərliyində olub.Həmin çimərlikdə 9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar götürülüb. Eyni zamanda, sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.Qeyd edək ki, çimərlik ərazilərinin pulsuz olması ilə bağlı qaydalar özəl çimərliklərə aid deyil.
Oxşar xəbərlər
BŞİH: "Bütün çimərliklərə giriş pulsuzdur"
15 iyun 2019-cu il tarixindən paytaxt Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Depa...