Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı
Sosial 986

İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sabah cənub küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcə, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 45-55, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

İyunun 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan dəniz suyunun temperaturu AÇIQLANDI

Sabaha olan dəniz suyunun temperaturu AÇIQLANDI

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarı...

1154 Sosial 11:43 15 iyun 2021

Son xəbərlər