"Çermet" sakinlərinin NƏZƏRİNƏ: “28 May” metrosuna yeni marşrut açıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, Bakı Dəmiryolu Vağzalı - 11 saylı məktəb istiqamətində 27 nömrə adı altında yeni müntəzəm marşrut xətti təşkil edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumata görə, marşrutun fəaliyyəti 21.03.2022-ci il tarixindən təşkil ediləcək.
"Belə ki, dəyişiklikdən sonra vətəndaşların Murad Qafur, Zaur Nudirəliyev, Ceyhun Hacıbəyli küçələrində yerləşən təhsil müəssisələri, iaşə obyektlərinə, eyni zamanda "Çermet" adlanan yaşayış massivindən birbaşa əlavə ödəniş etmədən “28 May” m/st istiqamətində gedişləri mümkün olacaq.
Marşrutun başlanğıc dayanacaq məntəqəsi Murad Qafur küçəsi (11 saylı məktəb), son dayanacaq məntəqəsi isə Süleyman Rəhimov küçəsi (Bakı Dəmiryolu vağzalı) müəyyənləşdirilib", - deyə məlumatda bildirilir.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...