“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib
Sosial 5

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib.

BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov bununla bağlı “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə biləcək.

Qərarın əvvəlki variantı isə belə idi: "Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldırır".

Oxşar xəbərlər

Milli Məclisin sonuncu plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin sonuncu plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyası çərçivəsində sonuncu plenar iclasının gündəliyi açıqlanıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Milli Məclisin 30 may tarixli i...

23 Sosial 17:44 26 may 2023

Son xəbərlər