“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qanvermə aksiyası keçirilib - FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qanvermə aksiyası keçirilib - FOTO
Foto
Sosial 104

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü qanvermə təşəbbüsünə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də qoşulub.

Bu barədə “İçərişəhər” DTMQİ Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib.

Aprelin 28-də baş tutan qanvermə aksiyasında İdarənin və onun qurumlarının rəhbərliyi və əməkdaşları iştirak ediblər. Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra müvafiq qaydada qan götürüblər.

#BizBirlikdəGüclüyük

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər