"Çəkmə! Niyə çəkirsən?" - Maskasızlar ARB-nin çəkiliş qrupuna hücum etdilər - VİDEO

Çəkmə! Niyə çəkirsən? - Maskasızlar ARB-nin çəkiliş qrupuna hücum etdilər - VİDEO
Video
Sosial 448

Azərbaycanda gündən-günə koronavirusa yoluxmaların sayı artır. Buna səbəb isə insanların tibbi maskadan istifadə etməməsi və sosial məsafəni gözləməməsidir.

BAKU.WS xəbər verir ki, bütün qapalı yerlərdə, eləcə də metroda, avtobusda, alış-veriş mərkəzlərində tibbi maskadan istifadə məcburidir. Lakin bir çox insanlar üzərlərinə düşən sosial məsuliyyəti dərk etməyərək qapalı məkanlarda, insanların sıx cəmləşdiyi yerlərdə hələ də maska taxmırlar.

ARB-nin "Elgizlə izlə" proqramı paytaxtda fəaliyyət göstərən ticarət mərkəzlərindən, bazarlardan reportaj hazırlayıb.

Düzdür, insanların bəziləri maskadan istifadə etsə də, əksəriyyət maskasız idi. Ya da maska sadəcə çənəni qorumağa xidmət edib.

Mağazaların girişində sosial izolyasiya qaydalarının əməl olunması ilə bağlı təlimatlandırıcı yazılar yapışdırılsa da, nə görən var idi, nə də görüb əməl edən.

Satıcılar maska taxmamaqla yalnız özlərinin deyil, digərlərinin də həyatını təhlükəyə atırlar. Bunu onlara xatırladanlara isə hücum edirlər. Necə ki, "Çəkmə, niyə çəkirsən?" qışqıraraq çəkiliş qrupuna hücum ediblər.

Sözügedən reportajı təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər