Cəlilabadda şəhidin xatirə bulağının açılışı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunun Soltankənd kəndində Vətən müharibəsi şəhidi Əzizov İbrahim Şaməddin oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, qazilər, kənd sakinləri və şəhidin doğmaları iştirak ediblər.
Qeyd edək ki, İ.Əzizov 26 dekabr 1997-ci ildə Cəlilabad rayonunun Soltankənd kəndində anadan olub. 2016-ci ildə doğulduğu kəndin orta məktəbini bitirərək həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmət zamanı tank sürücüsü kimi yüksək xidmət göstərib.
Düz bir il öncə bu tarixdə könüllü olaraq ordu sıralarına qoşulub. Vətən müharibəsində xüsusi rəşadət göstərərək Füzulidən Şuşayadək döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub.
İbrahim Əzizov doğulduğu kəndin qəbiristanlığında dəfn edilib. Şəhidimiz Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli idi, Nuray adlı qız övladı Vətənə əmanət qalıb.
Oxşar xəbərlər
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi - FOTO
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri polkovnik-leytenant Həmdəm Mail oğlu Ağayev və baş leytenant Adil Asəm oğlu İbrahimlinin doğu...