Cəlilabadda qar fəsadlar törədib

Cəlilabadda qar fəsadlar törədib
Sosial 294

Cəlilabad rayonunda müşahidə edilən güclü qar fəsadlara səbəb olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, qarın hündürlüyü şəhər ərazisində 2 sm, bəzi ərazilərdə 12-15 sm təşkil edir. Yağıntı daha çox rayonun Buravar, Şatırlı, Əsədli, Ləkin, Musalı, Zəhmətabad kəndlərinə düşüb.

Hazırda bu ərazilərdə də qarın hündürlüyü 15 sm-ə çatır.

Sakinlərin bildirdiyinə görə dumanlı hava şəraiti səbəbindən yollarda hərkətin intensivliyi məhdudlaşıb.

Cəlilabad rayon icra hakimiyyətindən bildirdilər ki, elektrik naqillərində yaranan nasazlıq səbəbindən bəzi ərazilərdə elektrik verilişində fasilələr yaranıb. Hazırda nasazlığın aradan qaldırılması məqsədi ilə işlər davam edir.

Oxşar xəbərlər

İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR  - SİYAHI AÇIQLANDI

İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI

Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...

20709 Sosial 12:35 21 yanvar 2020

Son xəbərlər