Cəlilabadda qanunsuz zəbt edilmiş torpaq sahəsi ümumi istifadəyə verilib - FOTO
25
fev
2024
18:33
Cəlilabad rayonunda qanunsuz zəbt edilmiş torpaq sahəsi ümumi istifadəyə verilib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, rayonun Soyuqbulaq kəndi ərazisində yerləşən bələdiyyəyə məxsus bulaq ərazisi vətəndaş M.S. tərəfindən zəbt olunub.
Nəticədə həmin ərazidə qanunsuz balıq gölü yaranıb və sakinlərin həmin ərazidən istifadəsi məhdudlaşıb.
Kənd sakinlərinin müraciəti əsasında müvafiq dövlət orqanlarının iştirakı ilə texnika vasitəsilə torpaq sahəsi və su axarı zəbtdən azad olunaraq, örüş ərazisi kimi ümumi istifadəyə verilib.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...