Cəlilabad polisi sürücülərə bayraq bağışladı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə maraqlı aksiya təşkil ediblər.
BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Cəlilabad şəhəri ərazisindəki yollarda sürücülərə bayraqlar təqdim olunub. Saxlanılan sürücülər də onlara belə bir gündə üçrəngli bayrağımızın təqdim edilməsini yüksək qiymətləndiriblər və polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər. Yol Polisi əməkdaşları eyni zamanda COVID-19 infeksiyasına qarşı mübarizə çərçivəsində saxlanılan sürücülərə tibbi maskalar da paylayaraq sağlam qalmağı tövsiyyə ediblər.
Aksiya gün boyu davam edib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...