Cəbrayılda şəhər günü qeyd olunur

Cəbrayılda şəhər günü qeyd olunur
Video
Sosial 91

Cəbrayılda şəhəri gününə həsr olunmuş konsert keçirilir.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən əlamətdar gün münasibətilə təşkil edilən tədbirdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri iştirak edirlər.

Tədbir iştirakçıları konsertdən öncə Cəbrayılın qədim və müasir tarixinə, mədəni irsinə əsaslanaraq təşkil edilmiş sərgi ilə tanış olublar.

Qeyd edək ki, ötən il iyulun 31-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan sərəncama əsasən, 4 oktyabr - Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.

Oxşar xəbərlər

Şadlıq sarayları ilə bağlı mühüm AÇIQLAMA - Sentyabrın 13-dən etibarən...

Şadlıq sarayları ilə bağlı mühüm AÇIQLAMA - Sentyabrın 13-dən etibarən...

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən e...

479 Sosial 23:43 10 sentyabr 2025

Son xəbərlər